Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb

1110

Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Hacızadə Fuad Bəxtiyar oğlu naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi alıb.

Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər