Sumqayıtda 5-ci mərtəbədən yıxılan 23 yaşlı qız sağ qalıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə martın 4-ü, saat 01.00 radələrində baş verib. Beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Sürayyə Hüseynova mənzilin şüşələrini silərkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Təcilli Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
GECE SAAT 1-DE SUSE SILIRMIS??