Sumqayıtda 24 yaşlı gəncin ölümünə səbəb olan şəxs HAKİM QARŞISINDA

812

Sumqayıtda ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Sumqayıt şəhərinin – 1-ci mikrorayon ərazisində qeydə alınıb. 24 yaşlı Cəlilabad rayon sakini Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən S.Nadirov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər