Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib

1574

Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında – dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü L.H. özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının üç gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər