Sumqayıtda “28 May – Respublika günü” münasibətilə tədbir keçirildi

478

 

27 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “28 May – Respublika günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatları, müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclər, idman ictimaiyyəti nümayəndələri iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Baş İdarənin rəisi Elgün Hümbətov, Regional Mədəniyyət İdarəsinin müdiri Mehman Şükürov, əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməd Rəcəbli, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər Bölməsinin sədri Mətanət Məhərrəmova “Respublika günü”nün tarixi əhəmiyyətindən, 23 ay çətin ictimai-siyasi şəraitdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet hakimiyyətinin qurulması ilə süquta uğramasına baxmayaraq, xalqımızın azadlıq mübarizəsindən, 1991-ci ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin ikinci dəfə dövlət müstəqilliyimizi bərpa etməsi vəmüstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, onun dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışmışlar.

Qeyd olundu ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilmiş, dövlətimiz beynəlxalq birlikdəki yerini möhkəmləndirmiş və dünya miqyasında söz sahibi olmuşdur. Respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunmuşdur. Şəhər rəhbərliyinin fəaliyyəti nəticəsində son 3 il ərzində böyük quruculuq və abadlıq işləri aparılmış, infrastruktur yenidən qurulmuş, sosial-iqtisadi inkişaf artan templə davam edir.

Tədbir bayram konserti ilə davam etmişdir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər