Sumqayıtda 29 yaşlı kişinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

987

Sumqayıtda 29 yaşlı kişinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

REAL APA-ya istinadla xəbər verir ki, ötən gün Tağıyev qəsəbə sakini, 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər