Sumqayıt şəhərində 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayon, ev 1, mənzil 51-də qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Nəzərli Murad Elşən oğlu yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. Azyaşlı ağır bədən xəsarətləri ilə dərhal şəhər xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, 3 yaşlı Murad Nəzərlinin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.