Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.
Report-un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhərində vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir. Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 30 minə yaxın şəhər sakini peyvənd edilib.
Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.