Sumqayıtda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn dəyirmi masa keçirilib

826
Sumqayıt Şəhər Təhsil Şöbəsi və Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə 31 Mart azərbaycanlıların soyqırıımının 103-cü ildönümü ilə bağlı onlayn dəyirmi masa keçirilib.
Tədbirdə Sumqayıt şəhər ümumi təhsil müəssisələrinin tarix müəllimləri, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Quba Soyqırım Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, həmçinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru da iştirak edib.
Onlayn keçirilən dəyirmi masada dəhşətli faciənin Bakı ilə yanaşı, Quba, Gəncə, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərində də törədilməsi vurğulanıb.
1918-ci il Mart Soyqırımı öz miqyası və amansızlığına görə nəinki Azərbaycanın, eləcə də bəşər tarixinin ən qanlı faciələrindən biri kimi qiymətləndirilib.
Tədbirdə tarix müəllimləri düşmən qüvvələri tərəfindən öldürülmüş günahsız azərbaycanlılar və ölkəmizin eyni qüvvələr tərəfindən dağıdılmış milli mədəniyyət abidələri- “İsmailiyyə” binası, “Təzə Pir” məscidi, “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiya binası, məktəb, xəstəxana, həmçinin zərər çəkən digər abidə və memarlıq kompleksləri haqda məlumat veriblər.
Sonda Soyqırım qurbanlarının əziz xatirəsi yad edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər