Sumqayıt şəhərində 31 Mart – Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfrans zalında keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, millət vəkili Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edildikdən sonra soyqırımdan bəhs edən film nümayiş etdirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu,eyni zamanda xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin də qisasını aldı.
Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakultəsinin dekanı, professor Adil Baxşəliyev “31 mart 1918 Azərbaycanlıların soyqırımı günündür”, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev “Azərbaycanın bölgələrində törədilən qırğınlar”, Şair-dramaturq Əvəz Mahmudov “Qərbi Azərbaycan ərazisində baş vermiş qırğınlar və azərbaycanlıların deportasiyası”, Sumqayıt Dövlət Universitetinin müəllimi Aytən Əsədova “Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı” haqqında 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti”, Sumqayıt şəhər 27 nömrəlli tam orta məktəbin tarix müəllimi Səlim Quluzadə isə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamının tarixi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış ediblər.
Bildirildi ki, 1918 ci ilin mart ayında minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə ermənilər tərəfindən məhv edilib, evlərə od vurulub, insanlar diri diri yandırılıb. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur,Naxçıvan,Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilən soyqırımı erməni ideologiyasının xalqımıza qarşı törətdiyi terror aktı kimi qiymətləndirilib. Qeyd olundu ki,çirkin niyyətlərindən əl çəkməyən ermənilər sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar, 1948-53 cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarında kütləvi surətdə deportasiyasına nail oldular.Bununla kifayətlənməyən erməni faşistləri 1988 ci ildən başlayan Dağlıq Qarabağ konfiliktinin ilkin mərhələsində minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasında öz məfur niyyətlərini bir daha həyata keçirdilər.