Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən məlumat verir ki, 1980-ci il təvəllüdlü şəhər sakini Rüstəmova Günay Əlimərdan qızı Stansiya Sumqayıt yaşayış massivində özünü yaşadığı evin damından ataraq intihara cəhd edib.
Sumqayıt şəhər TTYX-ya çatdırılan qadının vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.