Bu gün bütün ölkədə olduğu kimi, Sumqayıtda da səhər saat 8-dən altıncı çağırış Azərbaycan Milli Məclisinə seçkilər başlayıb. Sumqayıtda parlament seçkiləri 4 seçki dairəsi üzrə keçirilir.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda 4 deputat mandatı uğrunda 59 namizəd mübarizə aparır.
Seçicilərin siyahısına müvafiq olaraq, şəhərin 163.028 sakininin seçmək hüququ var. Onların öz iradələrini sərbəst ifadə etmələri üçün 134 seçki məntəqəsi təşkil edilib. Seçki məntəqələrində səsvermə, o cümlədən fiziki imkanları məhdud olan insanların səs verməsi üçün hər cür şərait yaradılıb. Yeri gəlmişkən, bir gün əvvəl seçki məntəqələrinin monitorinqini keçirmiş beynəlxalq müşahidəçilər də bu faktı təsdiq ediblər.
Ən fəal sumqayıtlılar öz namizədlərinə birincilər sırasında səs vermək üçün səhər tezdən seçki məntəqələrinə tələsiblər.