Sumqayıt şəhərindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.