Xəzər dənizinin Sumqayıt sahillərində faciəli hadisə baş verib.
sumqayitxeber.com saytı APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Abşeron sakini, 1971-ci il təvəllüdlü Mirvari Siyasət qızı Musayeva ailəsi ilə birlikdə dənizdə çimərkən dalğa onu sahildən uzaqlaşdırıb. Həyat yoldaşı onu xilas etməyə çalışsa da, bu mümkün olmayıb. M. Musayeva boğularaq ölüb.
Polisdən həmçinin bildirilib ki, M. Musayevanın əri Sumqayıt şəhər Xəstəxanasının həkimidir.