Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb

829

Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sülh prospekti ilə Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Hafiz Tanrıverdiyev yolun əks istiqamətinə keçmək istəyərkən onu avtomobil vurub. O elə hadisə yerində dünyasını dəyişib.

Əraziyə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadası cəlb olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər