Sumqayıtda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

1887

Sumqayıtda bədbəxt hadisə nəticəsində 47 yaşlı kişi ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı baş verib. Belə ki, orada fəhlə işləyən 1975-ci il təvəllüdlü Abdullayev Rafiq Fərman oğlunun üzərinə beton parçası düşüb. Ağır bədən xəsarətləri alan 47 yaşlı kişi hadisə nəticəsində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər