“Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə və investisiya qoyuluşu 3,5 dəfə artıb”.
Bu barədə ONA-nın yerli bürosuna Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər.
Qeyd olunub ki, son 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib. Bununla yanaşı, 4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub, şəhərin inkişafına və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon ABŞ dolları investisiya yatırılıb. Bu dövrdə 32 819 yeni iş yeri, 2 955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.