Sumqayıtda 59 yaşlı qadını maşın vurdu-VƏZİYYƏTİ AĞIRDI

2446

Sumqayıtda 59 yaşlı qadını maşın vurub.

Sumqayitxeber.com-un verdiyi məlumata görə, hadisə 17 mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İbrahimova Sevil Əhmədağa qızı yolu keçərkən sürücü Elçin Allahverdiyevin idarə etdiyi “Rav-4” markalı, “10-LU-121” dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Yaşlı qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.report.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər