Şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahəsində işlər davam etdirilir. Son 6 ay ərzində Sülh, Azərbaycan prospektlərində və Səməd Vurğun küçəsində yeni asfalt örtüyü salınıb. Metallurq Yəhya Məmmədov küçəsinin əsaslı təmir işləri başa çatdırılmış, Heydər Əliyev, Ü.Hacıbəyov, N.Nərimanov və M.Hüseynzadə, Niyazi, Mehmandarov, Bakı küçələrində 8 min kv. metr asfalt örtüyü cari təmir edilib. 20 Yanvar və Məzahir Abdullayev küçələrində asfalt örtüyünün əsaslı təmiri üçün hazırlıq işlərinə başlanılıb.
6, 9, 11, 12, 13, 17-ci mikrorayonların, 5, 7-8-12, 9, 14, 29, 30, 34, 36, 42-ci məhəllələrin, Hacı Zeynalabdin qəsəbəsində məhəllədaxili ərazilərə 120 min kv.metrədək asfalt örtüyü döşənib. Corat qəsəbəsində Hüseyn Arif küçəsində 1500 metr məsafəyə asfalt döşənib.