Sumqayıtda 67 yaşlı kişi intihar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1952-ci il təvəllüdlü Dadaş Əliyev kürəkəni Ramin Əliyevin Novxanı qəsəbəsinin Sumqayıta düşən hissəsində yerləşən bağ evində özünü asaraq intihar edib.
Məlumata görə, D.Əliyev xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün ağrılara dözə bilməyərək bu addımı atıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.