Sumqayıtda 71 yaşlı kişini maşın vurub – FOTO

562

Sumqayıt şəhərində 71 yaşlı kişini maşın vurub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin “Birinci məhəllə” adlanan ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xəlil Məhəmməd oğlu İsayev yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn “Opel” markalı avtomobil tərəfindən vurulub.

X.İsayev ağır kəllə beyin travması ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Sonradan yaralının vəziyyəti kəskin pisləşdiyindən onu Bakı şəhərindəki xəstəxanalardan birinə köçürüblər.

Hadisədən sonra sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər