Sumqayıtda 80 avtobus dəyişdirilib

1348

Azərbaycanda ictimai nəqliyyat sektorunda göstərilən xidmətlərin keyfiyyətini artırmaq və operativliyi təmin etmək məqsədilə son 5 ildə ölkəyə ümumilikdə 2 720 orta və iri tutumlu sərnişin avtobusları gətirilib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov «The Business Year» dərgisinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, şəhərlərarası avtobus xidməti üçün 750 nəqliyyat vasitəsindən 400-ü, Bakıda şəhərdaxili xidmət üçün 3000 nəqliyyat vasitəsindən 2100-ü, şəhərlərarası avtobus xidməti üçün 90 nəqliyyat vasitəsindən 20-si, Gəncədə şəhərdaxili xidmət üçün 400-dən 100-ü, Sumqayıtda şəhərdaxili xidmətlər üçün 650-dən 80-i dəyişdirilib.

Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq üçün 543 «London taksiləri» və digər minik maşınları alınıb. «London taksilərinin» sayının 3000-ə çatdırılması planlaşdırılır. Ümumilikdə, paytaxtda 65 taksi dayanacağı yaradılıb. Bakıda avtobus xidmətlərinin inkişafı üçün 617 yeni avtobus dayanacaqlarının tikintisi kimi əlavə tədbirlər də görülüb, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi istifadəyə verilib.

Həmçinin, Bakıda müasir beynəlxalq avtobus terminalı, 14 rayon mərkəzində yeni avtobus stansiyaları tikilib. Daha 7 rayon mərkəzində isə mövcud avtobus stansiyaları  yenilənib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər