Şəhər Prokurorluğundan verilən məlumata görə, iyunun 3-nə keçən gecə 5-ci mikrorayon ev 2/59 saylı binada yaşayan 14 yaşlı Fidan Süvarova özünü 10-cu mərtəbədən atıb. Orta məktəbin 9-ci sinif şagirdi olan Fidan yerindəcə keçinib.
Məktəbli qızın özünə qəsd etməsinin səbəbi məlum deyil.
Qeyd edək ki, 3 gün əvvəl Şəmkir rayonunda məktəbli qız “Son zəng” günü özünü öldürmüşdü.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.