Sumqayıtda “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub – FOTO

1525

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə N. Nərimanov adına mədəniyyət mərkəzində ulu öndər Heydər Əliyevin həyatını əks etdirən “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Səkinə Sadıqova, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə, idarə və müəssisələr üzrə YAP Gənclər Birliyinin sədrləri, tələbə gənclər təşkilatları və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrinin ümummilli liderin imzası ilə yazıldığını vurğulayıb və nümayiş olunan sənədli film haqqında məlumat verib.

Çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Səkinə Sadıqova dahi şəxsiyyət Heydər Əliyevin gənclər siyasətindən söhbət açıb və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvləri “Əsl məhəbbət haqqında” sənədli filmi izləyiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər