Sumqayıtda abadlıq-quruculuq işləri davam edir- VİDEO

2375

Ölkəmizin iqtisadi potensialı artdıqca paytaxtla yanaşı, regionlarda da mühüm layihələr həyata keçirilir.Bunu  bu il 70 yaşını qeyd etməyə hazırlaşan   Sumqayıtın simasında da  aydın görmək olur, şəhər bu gün abadlaşır və gözəlləşir.

Respublikanın şəhər və rayonlarında dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədar dövlət başçısının məlum son sərəncamında   Sumqayıt şəhərində də 263  yaşayış binasının dam örtüklərinin  dəyişdirilməsi üçün ayrılan vəsait hesabına   şəhərin 1,2,3,4,5,8.13,18-ci mikrarayonlarıda, 41-a, 42, 45-ci məhəllələrində və Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindəki binaların yararsız dam örtüklərində təmir işləri aparılır.

2019-cu ilin sentyabr ayına  kimi əhalini uzun müddət narahat edən dam örtükləri ilə bağlı problemlər bir mənalı olaraq öz həllini tapacaq. Bu da həmin  binalarda yaşayan  şəhər sakinlərini   daha çox sevindirir.

 Son 2 ildə Sumqayıtda 44 nümunəvi məhəllə salınıb . Sumqayıt şəhər  Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən cari ildə 10 yaşayış massivində – 5, 8, 9, 10, 11, 13-cü mikrorayonlar və 41A, 30, 34 və 36-cı məhəllələrdə yenidən qurulan 10 həyət sakinlərin istifadəsinə verilib. Nümunəvi həyətlərdə sakinlərin istirahəti üçün  10 gölgəlik və uşaqların əylənməsi üçün 10 idman qurğusu quraşdırılıb,meydançalar salınıb, ağac və gül kolları əkilib, asfalt örtüyü yenilənib. Nümunəvi həyətlərdəki binaların  185 giriş qapısı təmir edilib,dəmir qapılar quraşdırılıb,25 binanın fasadı əsaslı şəkildə təmir edilib.

Yaradılan nümunəvi məhləllərdə idmanla məşğul olmaq üçün müxtəlif qurğular quraşdırılıb, meydançalar salınıb.

Məhəllə daxili və magistral yollarda,binaların fasadlarında  gecə işıqlandırılmasını  təmin etmək üçün küçələrdəki  işıq sistemi yenidən qurulub.Şəhərdə yol infrastrukturuna da xüsusi diqqət yetirilir belə ki,son iki ildə Sumqayıtın şəhər daxili  və məhəllə daxili yollarına 2 milyon kvadrat metr asfalt örtüyü döşənib.Cari ilin 1-ci rübündə 100 min kvadrat metr asfalt vurulub.Şəhərdə yaşıllıqların bərpası istiqamətində də mühüm işlər görülür.Bu il 55 mindən çox ağac,40 min uzunömürlü gül və kol əkilib, 200 mindən çox mövsümi güllər əkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər