Sumqayıtda abadlıq-quruculuq işləri davam edir - VİDEOREPORTAJ

3174

Sumqayıtda sosial layihələrin icrası, abadlıq quruculuq işləri davam etdirilir. Çoxmənzilli yaşayış binalarında liftlər yenilənir, park və xiyabanlarda yaşıllıq salınır, zirzəmilər məişət tullantılarından  təmizlənir, binaların girişiləri ,pilləkən qəfəsləri  eləcə də   fasadları təmir edilir,dam örtükləri yenilənir, su xəttləri yeniləri ilə əvəz edilir. Bir sözlə şəhər sanki yenidən qurularaq, müasir görkəm alır.

Son illərdə ölkə başçısı tərəfindən  aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Sumqayıtda  da  insanların rifahının yaxşılaşması  ilə müşayiət olunub,tikinti quruculuq işləri  uğurla reallaşdırılıb. Şəhər əhalisinin  təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası  ilə bağlı xeyli iş görülüb.Sürətlə abadlaşan Sumqayıt bu gün sanki yenidən qurulur. Burada  öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib. 603 binanın zirzəmiləri tullantılardan təmizlənib.Sumqayıt şəhər  İcra Hakimiyətinin,şəhər  Gigiyena və Epidomologiya Mərkəzinin  birgə səyi nəticəsində şəhər əhalisinin sağlamlığının qorunması və bu sağlamlığa təsir edən ətraf mühit amilərinin mənfi nəticələrinin aradan qaldırılması istiqamətində   kütləvi  dezinseksiya və dezinfeksiya işləri aparır.  82 binada su kanalizasiya xəttləri təmir edilib başa çatdırılıb,11 binada işlər davam etdirilir. Şəhərin su təhcizatı sistemi də yenidən qurulur,nasosların sayı azaldılır, əhali 24 saat içməli su ilə tam təhciz edilir. Yaşayış binalarındakı sayğaclar mənzillərdən pilləkən qəfəslərinə çıxarılır.

430 binanın dam örtüyündə təmir işləri başa çatııb,100 binada işlər davam edir. İşlər 5 mikrarayonda 9,10,11,12 və 13-cü mikrarayonlarda gedir.27  klassik yaşayış binasında fasad çox keyfiyyətli və dəbli  aqlay daşla üzlənib,hazırda isə Heydər Əliyev prospektində,Azərbaycan küçəsində və Nəriman Nərimanov küçələrində 5 binada aqlay daşla üzlənmə işləri başa çatmaq üzrədir. Şəhərin mənzil fonduna daxil olan yaşayış binaları ilə yanaşı məcburi köçünlərin də məskunlaşdığı binaların dam örtüyü yenilənir. 93-cü ildən Sumqayıtda yaşayan Cəbrayıl rayonundan olan  məcburi köçkün Atalar Baxşəliyev  deyir ki, hər dəfə dövlət başçısnın Sumqayıta etdiyi səfərlər yenilikərlə yadda qalıb və şəhərin inkişafına bir daha stimul verib.

1845 pilləkən qəfəslərinin girişləri təmir edilib, pilləkən qəfəsində    ağartma işləri aparılıb və  girişlərə yeni  kodlu seyf   qapılar quraşdırılıb.58-ci ildən Sumqayıtda yaşayan Cavanşir Sultanov deyir ki,bu gün aparılan abadlıq işləri çox müasir səviyyədə aparılır.

 Park və xiyabanların yaşıllaşdırılması istiqamətində də işlər davam edib.37442 ədəd həmişəyaşıl,8500 ədəd zeytun 15 min çinar,258 min 500 dekorativ gül,1547 dekorativ kol,116 min 552 mövsümi və çoxillik gül,13 min 200 kvadrat metr qazon əkilib. Koroğlu küçəsində yeni qızıl gül kolları əkilib. Şəhərdə aparılan abadlıq işlərinə öz zəhmətləri ilə fayda verənlər sırasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin  Mənzil Kommunal  Təsərrüfatı İstehsalat Birliyinin  bağbanları da var. Onlar hər gün sübh tezdən şəhəri təmizliyib,ağaclara qulluq edirlər,yeni ağaclar əkirlər. 1982-ci ildən işini sevə sevə çalışan Roza Allahverdiyeva işə gələndə bundan zövq aldığını,özünü daha da gümrah hiss etdiyini deyir.

Zirzəmilərdən 700 min kub metr məişət tullantıları daşınıb.Şəhərin hər gün mərkəzi küçələri avtomobil vasitəsi ilə yuyulur və süpürülür. Şəhərdə 200 lift yenisi ilə əvəz edilib,hazırda da davam edir,belə ki,daha yeni və müasir  105 lift  dəyişdirilmək üçün gətirilib. Ehtiyac olan ağaclar budanır.Şəhərin görkəmi gözəlləşdirmək,eləcə də güclü küləklər zamanı cürümüş ağaclar sakinlərə fəsad törətməsin deyə  və yenidən daha yaxşı pöhrələnsin deyə. Bütün görülən işlər sakinlərin yaşayış  şəraitini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilir. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər