Bu gün saat 14.00-da Suqmayıt şəhər H.Əliyev prospekti 6-ya bir qrup əli baltalı və mişarlı MSİK işçisi gələrək zeytun ağaclarını budamaq adı ilə kəsiblər. Əvvəlcə qol-budağını doğrayan fəhlələr daha sonra bir neçə iri ağacı kökündən kəsdilər.
“Sumqayitxeber.com” saytına daxil olan məlumatda qeyd olunur: “Əvvəlcə elə bildik ki bu şəhərdə ümumi abadlıq işləri ilə əlaqədar budaqlama əməliyyatıdır. Sonra isə gördük ki sən demə sonuncu şəkildə gördüyünüz “obyektin” qabağını açmaq üçün bu ağaclar qurban gedib.”