Sumqayıtda ağır qəza: 1 nəfər öldü, 4 nəfər yaralandı

1636
Bak-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun 56-cı kilometrliyində, Sumqayıtın “Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb. “Toyota RAV” markalı avtomobilini sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Mirzəyeva Rəsmiyyə Zöhrab qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan digər 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər