Sumqayıtda ağır qəza: yol polisi əməkdaşı öldü,daha 2 nəfər yaralandı – VİDEO

4711
Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
sumqayitxeber.com-un report-a istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən “Ford” markalı maşınla toqquşub.
Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub.
X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər