Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

2726

Sumqayıtda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

0IsUdxOVwwHadisə şəhərin Koroğlu küçəsi ilə Ü. Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Tahir Hacıyevin idarə etdiyi “Toyota” markalı, 19 BE 888 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən Elməddin Nəzərovun idarə etdiyi “VAZ-21013” markalı, 01 BA 738 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21013” markalı maşının sərnişini 76 yaşlı Məlikəli Aslanov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hər iki maşının sürücüsü və qəza zamanı dünyasını dəyişən M. Aslanovun oğlu 45 yaşlı İlqar Aslanov ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil
    İyun 24, 2010 - 08:43

    Ele gun olmasin ki, olke erazisinde olumle neteicelenen yol qezasi bash vermesin! Bu artiq heyacan tebilidir! Esas sebeb ise yuksek suret ve yol hereketi qaydalarina suruculerin riayet etmemesidir

  • Ramil
    İyun 24, 2010 - 08:56

    Onu da əlave edim ki, əvəllər sürücülük vəsiqəsi almaq üçün dəridən-qabıqdan cıxırdın. Indi isə əlin cibində olmalidir. Bu yaxınlarda Yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Avtomobillərin pəncərələrindən pərdə asmağa, eləcə də arxa şüşələrə plyonka çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa da icazə verilib. Gah bunu ləğv edirlər, gah da icazə verirlər. Bunun səbəbi qanunların kimlərinsə əlində alətə çevrilməsidir. Hansısa məmur plyonka gətirib onu satmaq lazımdır. Sükan arxasında telefonla danışanı isə 50 AZN cərimə gözləyir. Qanuna əməl edən də kasıbdır,hüquqları pozulan da kasıbdır

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər