Sumqayıtda səhər saatlarında başlayan güclü küləyin fəsadlarının qarşısını almaq üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışır. Sputnik Azərbaycan-a bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən açıqlama verilib. Şəhər rəhbərliyindən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinə konkret tapşırıqlar verilib. Birliyin bütün işçiləri baş verəcək hər hansı hadisənin qarşısını almaq üçün ərazi üzrə tam səfərbər olunublar. İcra hakimiyyətinin nümayəndəsi vətəndaşlara müraciət edərək bildirdi ki, küləkli hava şəraiti ilə bağlı hər hansı hadisə baş verərsə, “164” qaynar telefon xəttinə zəng edərək məlumat versinlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.