Sumqayıtda Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib

1936

Sumqayıt Şəhər  İcra Hakimiyyəti və Şəhər Səhiyyə Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, tanınmış ictimai xadim  Zərifə xanım Əliyevanın anadan olmasının 95 -ci ildönümünə həsr olunan  konfrans keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycan və dünya oftolmologiya elminə böyük töhfələr verdiyini, keçdiyi şərəfli həyat yolunun  bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, Zərifə Əliyeva Azərbaycanda oftolmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Bildirdi ki,  Zərifə Əliyeva oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib.

Şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da akademik Zərifə Əliyevanın anadan olmasının 95  ildönümü  ilə bağlı səhiyyə müəssisələrində  silsilə tədbirlərin, konfransların keçirildiyini bildirib.Çıxışlarda  qeyd edilib  ki, Zərifə  Əliyeva Azərbaycan qadınlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirməklə  yanaşı ulu öndər  Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olub.

Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər