“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı British Council Azərbaycanın “Aktiv Vətəndaşlar” proqramı çərçivəsində həyata keçirdiyi “Aktiv Vətəndaşlıq Məktəbi” layihəsinə start verib. İyul Avqust aylarını əhatə edəcək layihədə Sumqayıt şəhərindən seçilmiş 30 aktiv gəncə 8 müxtəlif mövzularda təlimlər keçiriləcək. Təlimlər təkcə nəzəri biliklərlə tamamlanmayacaq. İştirakçılar öyrəndiklərini növbəti həftə praktik şəkildə tətbiq edərək təcrübədən keçirəcəklər.
Keçən həftə məktəbin ilk görüşü baş tutdu. İştirakçıların tanışlığı və layihədən gözləntiləri öyrənildi. Növbəti görüş iyulun 3-də Sumqayıt şəhəri İnformasiya Texnologiyaları Akademiyasında keçiriləcək. Bu dəfəki təlimin mövzusu “Natiqlik”dir. Ekspert qismində dəvət olunmuş “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Şahin Seyidzadə gənclərə Natiqlik sənəti üzrə master klas keçəcək. Eyni zamanda təlimin sonunda bu yay üçün nəzərdə tutulan Yay Məktəblərinin təqdimatı olacaq.
Onu da qeyd edək ki, “Aktiv Vətəndaşlıq” məktəbinin iştirakçısı olmayan gənclər dinləyici kimi bəzi açıq seminarlara qoşula biləcəklər. Məqsəd Sumqayıtda aktiv və fəal gənclər şəbəkəsinin yaradılmasıdır. “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı “Aktiv Vətəndaşlar” proqramının fəal iştirakçısıdır. Xatırladaq ki, may ayında proqram çərçivəsində ölkəmizdə səfərdə olan Britaniyalı gənclər Sumqayıtda olmuş və təşkilatın işi ilə maraqlanmışlar. Eyni zamanda iyun ayında Britaniyada təşkil olunan təcrübə mübadiləsində Azərbaycan nümayəndə heyyətinin tərkibində “SDGT”-nin sədri Tofiq Sadıxov da iştirak edib.
“Aktiv Vətəndaşlıq Məktəbi”nə göstərdiyi köməkliyə görə “Burger Land”-ə, informasiya dəstəyinə görə azxeber.com və sumqayitxeber.com informasiya portalına təşəkürümüzü bildiririk.