Sumqayıtda alman mütəxəssisləri tərəfindən təlim keçirilir

739

Sumqayıtda Almaniyanın GIZ (InWEnt) təşkilatının dəstəyi ilə “Azərsu” ASC-nin işçi heyətinə təlimlər keçirilir. Sumqayıt-Lüdviqshafen partnyor şəhərləri arasında əməkdaşlıq çərçivəsində alman mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlər 25 yanvar-2 fevral 2011-ci il tarixlərini əhatə edəcək. “Cənubi Qafqazda yerli özünüidarəetmənin inkişafına dəstək” proqramı çərçivəsində baş tutan təlim müddətində Təmizləyici qurğuların laboratoriyası, təcrübi göstərişlər: təhlükəsizlik və bədbəxt hadisələrə dair xəbərdarlıq, laboratoriya avadanlıqlarının müzakirəsi, yerində nümunələrin götürülməsi və analiz, oksigenə olan tələbat kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, Sumqayıtda sutkalıq gücü 200 min kub metr оlan Sutəmizləyici qurğuda şəhər və оnun ətraf ərazilərində fоrmalaşan məişət çirkab suların təmizlənməsi prоsesi aparılır. Ən müasir teхnоlоgiya əsasında inşa edilən sutəmizləyici qurğu ətraf mühitin sağlamlaşdırılmasına və dəniz hövzəsinin çirklənməsinin qarşısının alınmasına хidmət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər