Sumqayıtda ana qızının ölümündən xəbər tutmayıb, meyiti iki gün evdə qalıb

1020

Sumqayıtda mənzildən 40 yaşlı qadın meyiti tapılıb.

APA xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonundakı mənzillərdən birində baş verib.

Anası ilə birgə yaşayan 1984-cü il təvəllüdlü Marina Aleksandrovna Solovyova iki gün öncə ölüb.

Lakin anası görmə və eşitmə əngəlli olduğu üçün qızının ölümündən xəbəri olmayıb. Bu gün aşkarlanan meyit aidiyyatı üzrə təhvil verilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər