Sumqayıt Tibb Mərkəzində ana-uşaq ölümü hallarının təhlili məqsədilə müşavirə keçirilib
Sumqayıt Tibb Mərkəzində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvlərinin iştirakı ilə müşavirə keçirilib.
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, Doğuşayardım Komissiyasını sədri Təranə Rəcəbli, Sumqayıt Perinatal Mərkəzinin Neonatal şöbəsinin müdiri, Doğuşayardım Komissiyasının üzvü Yeganə Ağayeva, Sumqayıt Tibb Mərkəzinin Xəstə xidmətləri şöbəsinin müdiri, Doğuşayardım Komissiyasının üzvü Leyla Sədiyeva, Sumqayıt Tibbi Ərazi Bölməsi üzrə ilkin səhiyyə xidməti (antenatal) göstərən müəssisələrin baş həkimləri, şöbə və bölmə müdirləri, o cümlədən ginekoloqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində ilkin səhiyyə xidmətinin təşkilinin vacibliyini vurğulayıb. O, bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını qeyd edib.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2023-cü ildə TƏBİB tabeli müəssisələrdə göstərilmiş doğuşayardım xidmətinin, Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, Doğuşayardım Komissiyasını sədri Təranə Rəcəbli 2023-cü ildə baş vermiş ana ölümlərinin təhlillərini aparıblar. Perinatal Mərkəzin Neonatal şöbəsinin müdiri, Doğuşayardım Komissiyasının üzvü Yeganə Ağayeva neonatal təxliyənin kliniki protokollara uyğun həyata keçirilməsi, Xəstə xidmətləri şöbəsinin müdiri, Doğuşayardım Komissiyasının üzvü Leyla Sədiyeva isə ana və uşaq sağlamlığına dair göstərilən tibbi xidmətlə bağlı məlumatların elektron portalda qeydiyyatının aparılması məsələlərindən danışıblar.
TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev isə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində ilkin səhiyyə xidmətinin əhəmiyyətinin zəruriliyini diqqətə çatdırıb.
Həmçinin müşavirə zamanı tibb müəssisələrində antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkili, antenatal tibbi xidmətin təkmilləşdirilməsi, ana və uşaq sağlamlığına dair göstərilən tibbi xidmətlə bağlı məlumatların elektron portalda qeydiyyatının aparılması, mamalıq ağırlaşmalarının və ekstragenital xəstəliklərin diaqnostikasının vaxtında aparılması, neonatal təxliyənin kliniki protokollara uyğun həyata keçirilməsi, keysəriyyə kəsiyi əməliyyatlarının tibbi göstərişlərə uyğun icrasının təşkili, antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkilindən irəli gələn digər məsələlər müzakirə edilib.
Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Müzakirə qapadılmışdır.