Sumqayıt sakinlərinin “sumqayitxeber.com” saytına şikayəti:
” Sumqayıt şəhərində 36-cı məhəllədə 20 yanvar küçəsində yerləşən 8 və 9 nömrəli yaşayış binaları arasında piyadaların gedişi üçün nəzərdə tutulmuş səkinin üzərində obyekt tikilir. Səki ilə getməli olan piyadalar isə bu əngəli aşmaq məqsədilə həyatlarını təhlükəyə atıb məcburən maşın yoluna çıxaraq yollarına davam edəsi olurlar. Kəsilən isə sadəcə piyadaların yolu deyil – qazanc mənbəyi məqsədilə tikilən obyektin yolunda bir neçə ağac da qurban kəsilib.
Görünür, bu işbazlar ümummili lider Heydər Əliyevin “bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” sözlərini unudublar.
Ortaya maraqlı sual çıxır – bu obyektin tikilməsinə kim icazə verib? Əgər icazə Sumqayıt şəhər İcra Hakimiyyətindən verilibsə, piyada yolunu iflic edən bu icazə hansı qanunauyğunluqlara əsaslanır? Yox, əgər obyekt icazəsiz tikilirsə, onda bu özbaşınalığa əlaqədar orqanlar tərəfindən niyə reaksiya verilmir?”
Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə əlaqə saxlasaq da zəngimizə cavab verən olmadı. Mövzuya qayıdacağıq.
onlari ancaq PUL maraqlandirir
Dostlar, bunu mumkunse azadliq.org saytina da yerleshdirin.
1-ci mk.da 30-40 illik ağacları kəsib yerində abyektlər tikirlər. İcazəyə qalanda nə veclərinə, özləri əkməyiblər-özləridə gələcəkdə Sumqayıtda yaşamayacaqlar. Müvəqqəti gələnlərdir. Camaat nə ilə nəfəs alır onları maraqlandırmır. Gedib yaşıllığı və meşəsi çox olan xarici ölkələrdə dincəlirlər. Onlara Sumqayıtdakı ağaclar və Sumqayıtda yaşayan insanlar maraqlı deyil.
Burda sherh yazmaqdansa sosial shebekelerdeki sumgayitlilara seslenmek lazimdiki bir basha sheherdeki bu ozbasinaliqdan lazimi qurumlara kutlevi shikayet elesinner gelin oz sheherimizin teeesubunu ozumuz cekek Icra hakimiyyyeti satmadigi yer qalmiyacaq bele getse sumgayitxeberde link yerleshdirilsin hami ora shikayetini gondersin
Vicdansiz insanlardan sheheri qorumaq ele bizim ishimizdi mence-Sumqayitlilarin