Sumqayıtda at əti satılır

828

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olan məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən cari ilin 27 iyul tarixində Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO “ESPERO” markalı avtomobillə yarmakaya gətirilib.

Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq at əti, 25 kq camış əti, 18 kq isə qoyun ətidir. Bunu Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında təsdiq edib.

İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanan materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilən və müayinələr üçün laboratoriyaya təqdim edilmişdir. Araşdırmalar davam etdirilir.

Jalə, lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər