Qaynına narkotik üçün pul verməyən kişi qızı ilə birgə bıçaqlandı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Corat qəsəbəsində, qəsəbə sakinləri 62 yaşlı Dilsuz Əliyev və onun qızı 32 yaşlı Mənsumə Əiyeva bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni Dilsuz Əliyevin qaynı 41 yaşlı İlqar Hacıyev tərəfindən törədildiyi məlum olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində İ.Hacıyev tutulub.
D.Əliyev isə istintaqa ifadəsində bildirib ki, İ.Hacıyev onu narkotik almağa pul vermədiyi üçün bıçaqlayıb.
Qeyd edək ki, İ.Hacıyev narkotiklə bağlı cinayət əməlinə görə əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. MƏNBƏ: ANSPRESS