Sumqayıtda Avrointeqrasiya ilə bağlı gənclərlə görüş keçirildi

1163

DSC02452Bu gün Sumqayıt şəhərində Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMIK) “Avrointeqrasiya-müstəqilliyimizin atributudur” mövzusunda gənclərlə görüş keçirib. Açıq Cəmiyyət İnistitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirilən tədbiri AAMİK-in Fəaliyyətdə olan Sədri Əvəz Həsənov açıq elan etdikdən sonra, Rasim Musabəyov, Eldar Namazov, Mehriban Vəzir, İradə Bağırova , Məhərrəm Zülfüqarlı Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, Şərq Tərəfdaşlıq Proqramı, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol, Avropa dəyərləri və milli mentalitet, Fərqlər və oxşarlıqlar, Azərbaycanın Avropa ilə tarixi bağlılığı, Avrointeqrasiya prosesində vətəndaş cəmiyyətinin iştirakı, Sumqayıt –Lüdviqshafen münasibətləri ilə bağlı məruzə ilə çıxış ediblər. Məruzəçilər mövzu ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb və görüş qarşılıqlı müzakirələr əsasında keçib.

DSC02457Politoloq Eldar Namazov tədbirin ilk olaraq Sumqayıtda keçirildiyini və gələcəkdə regionlarda da davam edəcəyini qeyd edib.

Xatırladaq ki,www.sumqayitxeber.com saytı görüşlə bağlı xüsusi yazı hazırlayır və yaxın zamanlarda saytımızda tədbirlə bağlı geniş məlumat ala bilərsiniz.

Qeyd: Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) Azərbaycanın ictimai sektorunda tanınmış ekspertlər, politoloqlar, iqtisadçılar, QHT nümayəndələrinin daxil olduğu və 2006-cı ildə yaradılmış və bu gün öz ətrafında 54 nəfəri birləşdirən bir təşkilatdır. Komitənin məqsədi Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiya proseslərinə vətəndaş cəmiyyətinin səfərbər olunmasına, avrointeqrasiya ilə əlaqədar qərarların qəbul olunması və həyata keçirilməsində, həmçinin monitorinqində vətəndaş cəmiyyətinin yaxından iştirakının təmin edilməsinə nail olmaqdır.

Bu ideyaları həyata keçirmək üçün AAMİK Azərbaycan Respublikasının bölgələrində müxtəlif maarifləndirmə kampaniyaları həyata keçirir.

Nuranə Abbasova

 

avrointeqrasiya

DSC02451

DSC02450

DSC02453

DSC02456

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər