Sumqayıtda avtobus qəzaya düşdü: 7 yaralı

989

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.
Hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. “Hyundai” markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla “Combi” markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından sumqayitxeber.com -a verilən məlumata görə, yaralılar müayinə olunaraq artıq evə buraxılıb

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər