Sumqayıtda avtomobil 45 yaşlı qadını vuraraq öldürüb

1248

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə noyabrın 3-də Sumqayıt şəhərinin Sahil küçəsi ilə Novxanı qəsəbəsi istiqamətində olan yolda qeydə alınıb.

Belə ki, Tərlan Əliyev “Mercedes Benz” markalı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada – 1979-cu il təvəllüdlü Həcər Şəbiyevanı vurub. Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər