Sumqayıtda avtomobil piyadanı vurub öldürüb

2288

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, axşam saatlarında avtomobil yolunu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Quliyeva Adilə Baydulla qızını maşın vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 74 yaşlı qadını xilas etmək mümkün olmayıb və o xəstəxanada ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktlıa bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər