Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

752

Ötən gün axşam saatlarında Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllülüdlü Samir Nüsrət oğlu Əsədovdur.

Xatırladaq ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

30.11.2023. 23:25
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər