Sumqayıtda avtomobilin vurduğu qadın 1 ay sonra xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Eyvazova Sevinc Vidadi qızı ötən ilin dekabrın 8-də Sumqayıt şəhəri, Babək küçəsində avtomobillə vurulmuşdu.
Ağır xəsarətlər alan S.Eyvazova Bakıya xəstəxanalardan birinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, 1 ay sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.