Sumqayıtda avtomobillə qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub

1030

Sumqayıtda avtomobillə qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Bu barədə sumqayitxeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 1-də saat 18 radələrində Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub və piyada xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini M.Babaşov saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər