Sumqayıtda avtomobillər toqquşdu: Səkkiz nəfər xəsarət alıb

959

İyulun 1-də Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər müraciət edib.

Bu barədə TƏBİB-dən APA-ya bildirilib.

Qeyd edilib ki, xəsarət alanlardan 3 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində 5 nəfərin müalicəsi davam etdirilir.

Onlardan 1 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabildir.

Qeyd edək ki, Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhələnin kəsişməsində qeydə alınıb. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.

09:10

Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər – 1985-ci il təvəllüdlü Mirzə Dadaşov, 1969-cu il təvəllüdlü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov, 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva ağır xəsarətlərlə Sumqayıt şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Mirzə Dadaşov “Toyota Prius” markalı avtomobilin sürücüsüdür.

Hadisə 11-ci mikrorayonla 42-ci məhəllənin kəsişməsində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-in xilasediciləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər