Sumqayıt şəhərinin Məhəmməd Əsədov küçəsində yol qəzası olub.
“Report” xəbər verir ki, şəhərin 18-ci mikraroyonu ərazisində BMW və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, qəzaya BMW-nin dönmə hərəkəti edən zaman işıqforun tələbinə əməl etməməsi səbəb olub.
Qəza yerində böyük tıxac yaranıb.