Sumqayıtda avtoritet həbs edildi

1026

Azərbaycanda kriminal avtoritet həbs edilib.

Bu barədə Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elnur Tahir oğlu Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üstündən 10,72 qram marixuana, 1 ədəd süngü-bıçaq və 1 ədəd düyməli bıçaq götürülüb.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, E. Babayev kriminal aləmlə “Saşa” ləqəbi ilə tanınan avtoritetdir. Onun Bakı, Gəncə və Sumqayıtda “razborka”larda yaxından iştirak etdiyi, bəzi ticarət obyekti sahiblərindən haqq aldığı məlum olub.

Hazırda polis E. Babayevin digər cinayətlərinin olub-olmadığını araşdırır.

 

apa

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər