Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Qadınlar şurası tədbir keçirib
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının Qadınlar şurasının sədri Nazilə Cəlilova bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir.
Sumqayıt Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şirxan Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin yaranaması, fəaliyyəti və süqutu haqqında məruzə ilə çıxış edib.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, YAP Sumqayıt şəhər təşkilatının Qadınlar şurasının sədr müavini Səidə Səfərova 14 nömrəli məkətbin tarix müəllimi Nuridə İmanquliyeva, 41 nömrəli məktəbin tarix müəllimi Samirə Məmmədovamövzu ətrafında çıxışlar ediblər.